Bu il AÇG-nin əməliyyat və əsaslı məsrəfləri azalıb

Bu il AÇG-nin əməliyyat və əsaslı məsrəfləri azalıb Bu ilin III rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə 418 mln dollardan artıq əməliyyat məsrəfləri xərclənib.
Energetika
5 Noyabr , 2019 12:09
Bu il AÇG-nin əməliyyat və əsaslı məsrəfləri azalıb

Bu ilin III rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə 418 mln dollardan artıq əməliyyat məsrəfləri xərclənib.

Bu barədə “Report” yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabata əsasən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 51 mln dollar və ya 13,9% azdır.

Bu ilin ilk üç rübü ərzində yataqlar blokunun fəaliyyətlərinə, təqribən, 1 034 mln dollar əsaslı məsrəflər xərclənib ki, bu da 2018-ci ilin üç rübün göstəriciləri ilə müqayisədə 209 mln dollar və ya 25,3% azdır.

Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.   

Son xəbərlər

Orphus sistemi