​Bu il 382 çoxmərtəbəli binaya təbii qaz verilib

​Bu il 382 çoxmərtəbəli binaya təbii qaz verilib Həmin binalarda ümumilikdə 6 312 ailə yaşayır
Energetika
4 Noyabr , 2015 15:21
​Bu il 382 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-oktyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 382 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 6 312 ailə yaşayır.

Bildirilib ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır. 

Son xəbərlər

Orphus sistemi