Bu il 358 hündürmərtəbəli binaya qaz verilib

Bu il 358 hündürmərtəbəli binaya qaz verilib Bu isə ümumilikdə, 12 356 mənzili əhatə edir
Energetika
6 Dekabr , 2016 10:47
Bu il 358 hündürmərtəbəli binaya qaz verilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim etmiş 358 çoxmərtəbəli binaya təbii qaz verib.

“Report” quruma istinadən xəbər verir ki, bu, ümumilikdə, 12 356 mənzili əhatə edir. “Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi