Yuxarı
    Bağlamaq

    Bu il ​131 çoxmərtəbəli binaya qaz verilib

    Bütün normativ-texniki və təhlükəsizlik tədbirləri görülən, istənilən binalar mavi yanacaqla təmin oluna bilər

    Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Report” SOCAR-ın məlumatına əsasən bildirir ki, bu ilin birinci rübü ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 131 çoxmərtəbəli binaya təbii qazın verilməsi təmin edilib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 2 947 ailə yaşayır.

    Məlumatda qeyd olunub ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi