TAP bu həftə Yunanıstan və İtaliya üçün qaz tədarükü həcmlərini açıqlayıb

Energetika
  • 22 may, 2023
  • 13:03
TAP bu həftə Yunanıstan və İtaliya üçün qaz tədarükü həcmlərini açıqlayıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 22-də qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Qeyd olunur ki, mayın 23-dan 28-nədək də hər gün üçün qaz tədarükü sifarişləri 331 milyon 019 min 866 kVt/saat təşkil edib.

Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 22-i üçün sifarişlər 28 milyon 674 min 418 kVt/saat həcmindədir. Mayın 23-dan 28-dək də hər gün üçün gündəlik sifarişlər 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən isə mayın 22-dən 28-nədək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqnoya çıxış növqtəsinə gəlincə isə, qazın tədarükü üçün mayın 22-dən 28-nədək isə 276 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər edilib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə çatıb.

Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti