Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 30 sentyabr, 2024
  • 05:53
Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 30-da qaz tədarükü üçün 348 milyon 869 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,29 % azdır.

Kipoi çıxış nöqtəsindən oktyabrın 1-dən 6-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 24-nə olan sifariş həcmi ilə müqayisədə 2,54 % azdır. Sentyabrın 25-i və 26-nın göstəriciləri ilə müqayisədə eynidir. Sentyabrın 27-dən 29-na kimi olan göstəriciləri ilə müqayisədə isə 2,53 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 30-dan oktyabrın 6-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 30-da qaz tədarükü üçün 48 milyon 010 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin ilk gününü göstəricisi ilə müqayisədə eynidir.

Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 1-dən 6-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 43 milyon 346 min 301 kVt/saat həcmində qeydə alınıb. Bu da ötən həftənin sentyabrın 24-dən 29-dək olan göstəriciləri ilə müqayisədə isə 9,72 % azdır.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 30-da 287 milyon 852 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,53 % azdır.

Oktyabrın 1-dən 6-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 24-nə olan sifariş həcmi ilə müqayisədə 6,01 % azdır.

Bu həcmlər sentyabrən 25-nə və 26-na olan olan sifariş həcmləri ilə müqayisədə 0,44 % azdır. Sentyabrın 27-dən 29-na olan sifariş həcmi ilə müqayisədə 6,49 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti