Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 11 noyabr, 2024
  • 06:39
Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 11-də qaz tədarükü üçün 383 milyon 457 min 292 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,06 % azdır.

Kipoi çıxış nöqtəsindən noyabrın 12-dən 17-dək qaz tədarükü üçün 346 milyon 019 min 867 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 5-nə olan sifariş həcmi ilə müqayisədə 10,9 %, noyabrın 6-sına olan göstəriciyə nisbətən 1,1 %, noyabrın 7-dən 10-na olan göstəriciləri ilə müqayisədə təxminən 9,8 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 11-dən 17-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 419 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 11-dən 17-dək qaz tədarükü üçün 33 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 4-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,9 % çoxdur. Bu çıxış nöqtəsindən noyabrın 5-dən 9-dək qaz tədarükü isə bu həftənin həcmləri ilə eynidir, noyabrın 10-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 8,9 % azdır.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 11-də 321 milyon 740 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,07 % çoxdur. Noyabrın 12-dən 17-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 5-nə olan sifariş həcmi ilə müqayisədə 10,8 %, noyabrın 6-na olan göstəriciyə nisbətən 0,5 %, noyabrın 7-dən 10-na kimi olan sifariş həcmi ilə müqayisədə isə təxminən 10,8 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti