“SOCAR Petroleum” hədiyyə kartlarının üstünlüklərini açıqlayıb - VİDEO

“SOCAR Petroleum” hədiyyə kartlarının üstünlüklərini açıqlayıb - VİDEO Cari ilin fevral ayından “SOCAR Petroleum” QSC hədiyyə kartlarının satışına başlayıb.
Energetika
2 Avqust , 2019 19:30
“SOCAR Petroleum” hədiyyə kartlarının üstünlüklərini açıqlayıb - VİDEO

Cari ilin fevral ayından “SOCAR Petroleum” QSC hədiyyə kartlarının satışına başlayıb.

“Report”a şirkətdən verilən məlumata görə, bu yeni məhsul müştərilər tərəfindən maraqla qarşılanıb.

Bu faktı nəzərə alaraq “SOCAR Petroleum” QSC hədiyyə kartlarından tam dərəcədə faydalanmaq istəyən müştərilərinin diqqətinə bu kartların üstünlükləri haqqında məlumatı çatdırmaq istəyir.

“SOCAR Petroleum” QSC-nin hədiyyə kartları “MIFARE” texnologiyalı (kontaktsız kart, yəni POS-terminalsız satışının həyata keçirilməsini imkanı verən) kartlardır. Əvvəlcədən ödənişli adsız hədiyyə kartları yanacaq hədiyyə etmək imkanını yaradır. Alıcıların rahatlığı üçün hədiyyə kartları 100, 200, 300, 5001000 manat nominalda satışa təklif edilir.

SOCAR yanacaqdoldurma məntəqələrində kartı təqdim edən şəxs onun vasitəsi ilə istənilən növ yanacağı istənilən həcmdə (nominala uyğun məbləğdə) əldə etmək imkanına sahib olur. Vacib özəlliklərdən biri də odur ki, hədiyyə kartlarının balansını “E-manat” ödəmə terminallarında artıraraq istifadəsini davam etdirmək mümkündür. Eyni zamanda müştəri istifadə edilmiş yanacağının həcmləri və məbləğləri onlayn rejimdə “şəxsi kabinet” səhifəsində internet vasitəsi ilə izləyə bilər.

Qeyd edək ki, hədiyyə kartlarına sahib olmaq üçün müştərilər SOCAR yanacaqdoldurma məntəqələrinə və ya “SOCAR Petroleum” QSC-nin ofisinə müraciət edə bilərlər.

SOCAR-ın törəmə müəssisəsi “SOCAR Petroleum” QSC hal-hazırda 30 müasir yanacaqdoldurma məntəqələrini əhatə edən şəbəkəsini idarə edir. Bu məntəqələrdə Aİ-92, super (Aİ-95) və premium (Aİ-98) markalı benzin, dizel, LPG və CNG yanacağının satışı həyata keçirilir. 2019-cu ilin sonuna kimi “SOCAR Petroleum” QSC-nin iki yeni yanacaqdoldurma məntəqəsinin istismara verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi