Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan hökumətinin müvafiq göstərişinə əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi öz həllini tapıb.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın verilməsi haqqında tapşırıq verilib.