Bu gündən “Azəriqaz” Masazırda səyyar formada xidmətlər həyata keçirir

Bu gündən “Azəriqaz” Masazırda səyyar formada xidmətlər həyata keçirir Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gündən etibarən Səyyar ASAN Xidmət çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Abşeron rayonunun Masazır qəsəbəsində səyyar formada xidmətlər həyata keçirir.
Energetika
17 Dekabr , 2018 09:57
Bu gündən “Azəriqaz” Masazırda səyyar formada xidmətlər həyata keçirir
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gündən etibarən Səyyar "ASAN Xidmət" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Abşeron rayonunun Masazır qəsəbəsində səyyar formada xidmətlər həyata keçirir.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir.

Vətəndaşlar bu layihə çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” Mərkəzlərində “Azəriqaz”ın müvafiq xidmətlərinin təmin edilməsidir. Artıq bu il sentyabrın 21-dən etibarən “Azəriqaz” respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda bölgələr üzrə xidmətlər göstərməyə başlayıb.

Səyyar "ASAN Xidmət"in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz”ın göstərdiyi xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi