Bu gün OPEC+ monitorinq komitəsinin iclası keçiriləcək

Bu gün OPEC+ monitorinq komitəsinin iclası keçiriləcək Onlayn formatda keçiriləcək görüşün Bakı vaxtı ilə saat 16:00-da başlaması planlaşdırılır
Energetika
27 Aprel , 2021 10:20
Bu gün OPEC+ monitorinq komitəsinin iclası keçiriləcək

“OPEC+” alyansı bu gün nazirlərin monitorinq komitəsinin iclasını keçirəcək. Toplantı ilkin olaraq planlaşdırıldığından bir gün əvvəl baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə alyansın nümayəndə heyətlərindəki mənbələr bildirib.

Onlayn formatda keçiriləcək görüşün Bakı vaxtı ilə saat 16:00-da başlaması planlaşdırılır.

Bundan əvvəl, “OPEC+” monitorinq komitəsinin iclası aprelin 28-də, yəni alyansın nümayəndə heyətlərinin bütün rəhbərlərinin görüşü ilə eyni gündə keçirilməli idi.

Koronavirus pandemiyasının başlamasından sonra neftə tələbatda azalma müşahidə olunub. Bu səbəbdən, “OPEC+” 2020-ci ilin mayından etibarən sutkalıq neft hasilatını 9,7 milyon barel azaldıb.

Vəziyyət yaxşılaşdıqca hasilata qoyulmuş məhdudiyyətlərə dəyişikliklər edilib və bu ilin apreli üçün hasilatın ixtisarı sutkada 6,9 milyon barel təşkil edir.

Son xəbərlər

Orphus sistemi