Bu gün Maştağa qəsəbəsinə qaz fasilə ilə veriləcək

Bu gün Maştağa qəsəbəsinə qaz fasilə ilə veriləcək Fasilə qəsəbə ərazisində qaz kəmərləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədardır
Energetika
29 Yanvar , 2015 12:03
Bu gün Maştağa qəsəbəsinə qaz fasilə ilə veriləcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün saat 18:00-dək Bakı şəhəri Maştağa qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Fasilə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qaz kəmərlərinin üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi