Bu gün magistral qaz kəmərində təmir işləri aparılacaq

Bu gün magistral qaz kəmərində təmir işləri aparılacaq “Digah-Böyük Şor” magistral qaz kəmərinin 6,4-cü km-də əmələ gəlmiş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılacaq
Energetika
3 Fevral , 2021 13:23
Bu gün magistral qaz kəmərində təmir işləri aparılacaq

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac" İdarəsinin “Digah-Böyük Şor” magistral qaz kəmərinin 6,4-cü km-də əmələ gəlmiş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılacaq.

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bu zaman səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Xətai rayonunun Babək, Xocalı, Nobel prospektləri, Y.Səfərov, F.Bayramov, S.Vəzirov, M.Mehdizade, İ.Orucova küçələri, NZS qəsəbəsi, UPD yaşayış massivi, Əhmədli kəndi və digər bir neçə yaşayış məntəqəsində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər

Orphus sistemi