​Bu gün Azərbaycanda Energetiklər Günüdür

​Bu gün Azərbaycanda Energetiklər Günüdür Peşə bayramında energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Energetika
20 Oktyabr , 2015 18:42
​Bu gün Azərbaycanda Energetiklər Günüdür

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda energetika sahəsində çalışanların peşə bayramı Energetiklər Günü qeyd olunur.

"Report" xəbər verir ki, peşə bayramı münasibətilə Energetika Nazirliyinin, "Azərenerji" ASC-nin, "Azərişıq" ASC-nin rəhbərləri və işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev bir qrup energetikin "Tərəqqi" medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Energetika naziri Natiq Əliyev bu sərəncama görə Prezidentə təşəkkür edib və bunu bütün energetiklərin uğuru kimi qiymətləndirib: "Belə bir gündə onların fəaliyyətini, zəhmətini qeyd etmək böyük hədiyyədir. Bu, bütün energetiklərə göstərilən diqqət və hörmətin göstəricisidir".

Qeyd edək ki, hər il oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərəncamla "Energetiklər Günü" peşə bayramı təsis olunub.

Son xəbərlər

Orphus sistemi