Bu gecə Bakının Əhmədli qəsəbəsində işıq olmayacaq

Bu gecə Bakının Əhmədli qəsəbəsində işıq olmayacaq Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı kənd Əhmədli adlanan yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. 
Energetika
1 Noyabr , 2017 14:30
Bu gecə Bakının Əhmədli qəsəbəsində işıq olmayacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı "kənd Əhmədli" adlanan yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. 

Bu barədə "Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, fasilə əsasən Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov və Xudu Məmmədov küçələrini əhatə edəcək. Buna səbəb Azərenerji”yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir. 

"Azərişıq" yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi