Yuxarı
    Bağlamaq

    Bu ay Azərbaycan neftinin Asiyaya nəqli rekord həcmə çatıb

    Asiyaya 11 mln. barel Azərbaycan nefti göndərilib

    Bakı.13 yanvar. REPORT.AZ/ Bu ay Asiyaya rekord həcmdə - 11 mln. barel həcmində Azərbaycan nefti göndərilib.

    “Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinin rəqəmlərinə istinadən məlumat yayılıb.

    Məlumata görə, OPEC ölkələrinin hasilatı azaltması ilə yarana biləcək hər hansı boşluğu doldurmaq üçün Avropa və Çin treyderləri bu ay Asiyaya Şimal dənizi və Azərbaycandan rekord həcmdə - 22 mln. barel xam neft nəql edib.

    Şimal dənizinin xam nefti də Azərbaycanla eyni həcmdə olub və xam neft artıq ya tankerlərdən boşaldılıb, ya da Asiya yolundadır.

    “Asiyanın xam neftə ehtiyacı var. Avropanın isə bu nefti var. OPEC-in hasilatı azaltması neftin qiymətini qaldırıb ki, bu da Avropa neftinin Asiyaya nəqlini sərfəli edir”, - deyə treyderlədən biri bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi