​BTC üzrə əsaslı xərclər azalıb

​BTC üzrə əsaslı xərclər azalıb Birinci rübdə BTC vasitəsilə təqribən 9 milyon ton (69 milyon barel) xam neft ixrac olunub
Energetika
13 May , 2015 19:53
​BTC üzrə əsaslı xərclər azalıb

Bakı. 13 may. REPORT.AZ/ Cari ilin ötən rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 44 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar xərclənib.

"Report"un BP-yə istinadən verdiyi xəbərə görə, əsaslı xərclərdə kəskin azalma müşahidə olunub. Belə ki, 2014-cü ilin birinci rübündə BTC üzrə əsaslı xərclərə $14,6 milyon xərclənib.

Cari ilin birinci rübü ərzində BTC vasitəsilə təqribən 9 milyon ton(69 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 96 tankerə yüklənib. İxrac həcmində ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2014-cü ilin birinci rübündə BTC vasitəsilə 8.7 milyon ton (66 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 88 tankerə yüklənib.

Bakı-Tbilisi-Ceyhanın (BTC) gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2,2 milyard barel (289 milyon ton) xam neft Ceyhanda təxminən 2 850 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

BTC Ko.-nun səhmdarları BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi