BTC kəməri ilə tranzit neftinin nəqli arta bilər

BTC kəməri ilə tranzit neftinin nəqli arta bilər Bakı. 23 aprel. REPORT.AZ/ Növbəti 3-7 il ərzində Türkmənistan və Qazaxıstanda neft hasilatı artacaq. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin əlavə həcmləri qəbul etmək imkanı mövcuddur. Buna müvafiq olaraq bu ölkələrdən BTC kəməri ilə tranzit neftin nəqli arta bilər.
Energetika
23 Aprel , 2018 17:39
BTC kəməri ilə tranzit neftinin nəqli arta bilər

Bakı. 23 aprel. REPORT.AZ/ Növbəti 3-7 il ərzində Türkmənistan və Qazaxıstanda neft hasilatı artacaq. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin əlavə həcmləri qəbul etmək imkanı mövcuddur. Buna müvafiq olaraq bu ölkələrdən BTC kəməri ilə tranzit neftin nəqli arta bilər.

“Report" xəbər verir ki, bunu "Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi" QSC-nin Strateji İnkişaf və İnvestisiya Layihələri üzrə şöbə müdiri Tariyel Mirzəyev Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxışı zamanı bildirib.

"Artım Gəmiçiliyə yeni tankerlərin cəlb edilməsində özünü göstərəcək. Bu səbəbdən də Cəmiyyətə yeni tankerlər lazım olacaq, köhnə tankerlər yeniləri ilə əvəz olunacaq. Artıq bununla bağlı proqram hazırlanıb”, - deyə o qeyd edib. 

T.Mirzəyevin sözlərinə görə, Gəmiçilik tanker donanmasını yeniləyir və yeni tankerlər sifariş edib. Hazırda bu tankerlərin tikintisi davam edir və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulub. 

"Hazırda Gəmiçiliyin balansında 55 tanker mövcuddur. Bu tankerlərlə ildə 8 mln. tona yaxın yük daşınır”, - deyə o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi