BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 36 % artıb

Energetika
  • 14 sentyabr, 2022
  • 08:46
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 36 % artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 24 milyon 057,3 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki ilin yanvar-avqust ayları ilə nisbətən 3,1 % çoxdur.

Bu ilin yanvar-avqust ayları ərzində nəqletmənin 79 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ayları ərzində BTC vasitəsilə 19 milyon 2,7 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 8 ayı ilə müqayisədə 9 % çoxdur..

Dövr ərzində BTC kəməri ilə 3 milyon 12,7 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 8 ayının göstəricisi ilə müqayisədə 36,1 % çoxdur.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti