BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 13%-dən çox azalıb

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 13%-dən çox azalıb Nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib
Energetika
19 May , 2021 17:50
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 13%-dən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 11 mln 903,8 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin ilk rübündə neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 7,2% az olub.

Bu ilin yanvar-aprel ayları ərzində BTC vasitəsilə 9 mln 062 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 11,9% azdır.

Dövr ərzində BTC kəməri ilə 1 mln 289,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 13,3% azdır.

Son xəbərlər

Orphus sistemi