Yuxarı

BTC kəməri ilə neftin nəqli fevralda artıb

Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4,7 mln. ton neft ötürülüb

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 230,224 min ton Azərbaycan nefti nəql olunub. "Report"un Azərbaycan Republikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,72% çoxdur.

Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 700,277 min ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il martın 1-ə qədər BTC-yə 268,54 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə ötən ilin eyni dövrü ilə müqayisədə 180,25 min ton yaxud 90,01% artıq - 380,5 min ton Türkmənistan və 4,065 min ton yaxud 1,62% az - 247,022 min ton Qazaxıstan nefti nəql olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi