Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,463 mln. ton Azərbaycan nefti nəql olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Ötən il ərzində isə ümumilikdə bu kəmərlə 28,508 mln. tondan artıq neft ötürülüb və bu da öz növbəsində 2013-cü ilə nisbətən 4% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il yanvarın 1-dək BTC-yə 263,65 mln. ton neft vurulub.
Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə ümumilikdə 644,134 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.