​BTC kəməri ilə 2,8 mln. ton tranzit nefti nəql olunub

​BTC kəməri ilə 2,8 mln. ton tranzit nefti nəql olunub Azərbaycanın magistral neft kəmərləri ilə 26 mln. ton neft nəql edilib
Energetika
13 Avqust , 2016 14:30
​BTC kəməri ilə 2,8 mln. ton tranzit nefti nəql olunub

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 26 400,0 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 78%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. 

Bu ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 20 596,4 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2,8 mln. ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Son xəbərlər

Orphus sistemi