​BTC ilə Azərbaycan neftinin nəqli 5% artıb

​BTC ilə Azərbaycan neftinin nəqli 5% artıb Yanvar-iyul aylarında BTC ilə 17,7 mln. ton Azərbaycan nefti nəql edilib
Energetika
5 Avqust , 2016 12:50
​BTC ilə Azərbaycan neftinin nəqli 5% artıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin iyul ayından 3,8% azdır.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 17,7 mln. ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artıqdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il avqustun 1-dək BTC-yə 369,9 mln. ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin iyul ayında BTC kəməri ilə 430,11 min ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.

Son xəbərlər

Orphus sistemi