Sentyabr ayında dünya bazarlarında "Brent" markalı xam neftin 1 barelinin qiyməti 97,3 dollar təşkil edib. Avqust ilə müqayisədə "Brent" markalı neft 4,31 dollar ucuzlaşıb (-4,24%). Eyni zamanda, hesabat ayında "Urals" markalı neftin 1 bareli 96,13 dollara satılıb ki, bu da avqust ayı ilə müqayisədə 5,95 dollar azdır (-5,83%).
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə (Aralıq dənizi, Türkiyə) nəql olunan Azərbaycan nefti "BTC FOB Ceyhan" markası ilə satılır. Bakı-Novorossiysk boru kəməri ilə (Qara dəniz, Rusiya) ixrac olunan neft digər neft çeşidləri ilə qarışdığına görə "Urals" markası ilə satılır.