"BTC FOB Ceyhan" nefti sentyabrda 4,7% ucuzlaşıb

"BTC FOB Ceyhan" nefti sentyabrda 4,7% ucuzlaşıb Hesabat ayında dünya bazarında "Brent" markalı neft 4,2%, "Urals" isə 5,8% ucuzlaşıb
Energetika
2 Oktyabr , 2014 10:37
BTC FOB Ceyhan nefti sentyabrda 4,7% ucuzlaşıb
Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünya bazarında "BTC FOB Ceyhan" markalı neftin 1 barelinin qiyməti 2014-cü ilin sentyabr ayında 98,29 ABŞ dolları təşkil edib. Avqust ayı ilə müqayisədə bu neft 4,79 dollar və ya 4,65% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Sentyabr ayında dünya bazarlarında "Brent" markalı xam neftin 1 barelinin qiyməti 97,3 dollar təşkil edib. Avqust ilə müqayisədə "Brent" markalı neft 4,31 dollar ucuzlaşıb (-4,24%). Eyni zamanda, hesabat ayında "Urals" markalı neftin 1 bareli 96,13 dollara satılıb ki, bu da avqust ayı ilə müqayisədə 5,95 dollar azdır (-5,83%).

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə (Aralıq dənizi, Türkiyə) nəql olunan Azərbaycan nefti "BTC FOB Ceyhan" markası ilə satılır. Bakı-Novorossiysk boru kəməri ilə (Qara dəniz, Rusiya) ixrac olunan neft digər neft çeşidləri ilə qarışdığına görə "Urals" markası ilə satılır.

Son xəbərlər

Orphus sistemi