Britaniyanın dövlət naziri: "Azərbaycan regionda sabitləşdirici rol oynayır"

Britaniyanın dövlət naziri: "Azərbaycan regionda sabitləşdirici rol oynayır" "Azərbaycan regionda sabitləşdirici rol oynayır".
Energetika
5 may 2023 19:04
Britaniyanın dövlət naziri: Azərbaycan regionda sabitləşdirici rol oynayır

"Azərbaycan regionda sabitləşdirici rol oynayır".

"Report" xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Dövlət naziri Leo Dokerti tacqoyma mərasimində iştiraka görə təşəkkürünü bildirib.

O, Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizatçısı kimi rolunun günbəgün artdığını, onun mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib.

Dövlət naziri cari ilin fevral ayında Bakıya səfərini məmnunluqla xatırlayıb.

Nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan Milli Məclisinin fəaliyyəti ilə maraqlanıb.

Son xəbərlər

Orphus sistemi