"Brent" neftinin bir barelinin qiyməti 56 dollardan da aşağı düşüb

"Brent" neftinin bir barelinin qiyməti 56 dollardan da aşağı düşüb
Energetika
893
19 Dekabr , 2018 08:42
Brent neftinin bir barelinin qiyməti 56 dollardan da aşağı düşüb

Bakı. 19 dekabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti 12 oktyabr 2017-ci il tarixindən bu yana ilk dəfə olaraq 56 dollardan aşağı düşüb.

“Report” xəbər verir ki, bu, keçirilən hərracların nəticəsində məlum olub.

"Brent" neftinin fevral fyuçerslərinin qiyməti bir barelə görə 55,89 dollara düşüb.

Bundan əvvəl "Brent" neftinin qiyməti 57 dollardan aşağı düşmüşdü.