“Brent” markalı neftin qiyməti düşüb

“Brent” markalı neftin qiyməti düşüb Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatının gözlənilmədən artması barədə məlumatları fonunda çərşənbə günü səhər saatlarında neft qiymətləri aşağı düşməyə başlayıb
Energetika
273
8 İyul , 2020 12:05
“Brent” markalı neftin qiyməti düşüb

Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatının gözlənilmədən artması barədə məlumatları fonunda çərşənbə günü səhər saatlarında neft qiymətləri aşağı düşməyə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ticarət sövdələşmələri barədə məlumatlar göstərir.

Bakı vaxtı ilə saat 08:53-ə olan məlumata görə, “Brent” markalı neft qarışığının sentyabr fyuçerslərinin qiyməti 0,35% azalaraq bir barel üçün 42,93 ABŞ dollarına düşüb. WTI markalı neftin avqust fyuçersləri isə 0,42% azalaraq 40,45 dollar/barelə düşüb.

Sövdələşmə iştirakçıları API tərəfindən təqdim olunan məlumatları əsas götürürək belə davranır. Belə ki, İnstitut son bir həftə ərzində ABŞ-da neft ehtiyatlarının 2 milyon barel artdığını açıqlayıb. Analitiklər isə bunun ümumiyyətlə azalacağını gözləyirdilər. ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları axşam dərc olunacaq. Analitiklər nazirliyin ehtiyatların 3,11 milyon barel azaldığını açıqlayacağını proqnozlaşdırır.

İnvestorlar həmçinin ABŞ Energetika Nazirliyinin bu ilin yekunları üzrə ölkədə orta neft hasilatı ilə bağlı proqnozlarına diqqət yetirib. Belə ki, nazirlik hasilatın gündəlik 70 min barel artaraq 11,63 milyon barelə, 2021-ci il üçün isə 170 min barel artaraq 11,01 milyon barelə çatacağını proqnozlaşdırıb.

Bundan əlavə, çərşənbə axşamı “Reuters” agentliyi mənbələrinə istinadən Əbu Dabi neft şirkətinin (ADNOC) gələn ay neft ixracatını artırmaq niyyətində olduğunu bildirib.