"Brent" neftinin qiyməti 55 dolları ötüb - YENİLƏNİB-2

"Brent" neftinin qiyməti 55 dolları ötüb - YENİLƏNİB-2 Bakı. 27 dekabr. REPORT.AZ/ Brent markalı Şimal dəniz neft qatışığının mart fyuçersinin qiyməti bir barel üçün 8,5 faiz artaraq 55,1 dollara çatıb.
Energetika
27 Dekabr , 2018 02:37
Brent neftinin qiyməti 55 dolları ötüb - YENİLƏNİB-2

Bakı. 27 dekabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçersinin qiyməti bir barel üçün 8,5 faiz artaraq 55,1 dollara çatıb.

“Report” xəbər verir ki, bu, Londonun İCE birjasında keçirilən hərracların nəticəsində məlum olub.


***23:03

Bakı. 26 dekabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçersinin dəyəri 5,5 faiz bahalaşaraq bir barel üçün 53,56 dollar təşkil edib.

“Report” xəbər verir ki, bu, Londonun İCE birjasında keçirilən hərraclar zamanı məlum olub.

2014-cü ilin noyabrından bu yana "Brent" neftinin ən yüksək qiyməti bir barel üçün 86,7 dollar olub.


***20:39

Bakı. 26 dekabr. REPORT.AZ/ “Brent” markalı neftin qiyməti bahalaşıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin qiyməti 3,01 faiz artaraq bir barel üçün 52,3 ABŞ dolları təşkil edib. 

WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti isə bir barelə görə 4,26 faiz bahalaşaraq 44,34 dollara çatıb.

Son xəbərlər

Orphus sistemi