"Brent" markalı neft bahalaşıb

"Brent" markalı neft bahalaşıb Şimal dəniz neft qatışığının qiyməti 48,09 dollara çatıb
Energetika
29 Noyabr , 2016 08:08
Brent markalı neft bahalaşıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı vaxtı ilə 06:30 olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 1,768% qalxaraq bir barel üçün 48,09 dollara çatıb.

"Report" xəbər verir ki, bu barədə İnterkontinental birjada keçirilən hərracların nəticələri deməyə əsas verir.

WTI markalı neftin qiyməti isə 1,875% bahalaşaraq bir barelə görə 48,94 dollara bərabər olub.

OPEC-in tarixi iclasının yaxınlaşması neft bazarında da gərginliyi artırır. Səudiyyə Ərəbistanı və İraq nümayəndələrinin hasilatın dondurulması üzrə planlarla bağlı son ziddiyətli çıxışları isə möhtəkirləri fəallaşdırıb. 

Son xəbərlər

Orphus sistemi