“Brent” markalı neftin qiyməti artır

“Brent” markalı neftin qiyməti artır OPEC+in neft hasilatının mümkün azaldılması üzrə görüşü öncəsi neftin qiyməti artır.
Energetika
9 Aprel , 2020 10:59
“Brent” markalı neftin qiyməti artır

OPEC+in neft hasilatının mümkün azaldılması üzrə görüşü öncəsi neftin qiyməti artır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə səhər saat 9-a olan məlumata görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,7% artaraq bir barelə görə 33,07 ABŞ dollarına, WTI markalı neftin may fyuçersləri isə 2,95% artaraq 25,83 dollar/barelə çatıb.

Qeyd edək ki, OPEC+ aprelin 9-da bazarda vəziyyətin sabitləşməsi üçün neft hasilatında mümkün azalma məsələsini müzakirə etməyi planlaşdırır. Hasilatın gündəlik 10 milyondan 15 milyon barelə qədər azaldılması məsələsinin müzakirə ediləcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi