“Brent” markalı neftin qiyməti 70 dolları keçib

“Brent” markalı neftin qiyməti 70 dolları keçib WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,87% artaraq, 1 barreli 67,56 dollar təşkil edib
Energetika
1 iyun 2021 06:07
“Brent” markalı neftin qiyməti 70 dolları keçib

“OPEK+”un Texniki Komitəsinin mütəxəssislərinin iclasından sonra dünya bazarlarında neftin qiyməti 1%-dən çox yüksəlib. “Brent” markalı neftin qiyməti isə 18 maydan sonra ilk dəfə olaraq 70 dollar həddini keçib.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:13-də Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,14% bahalaşaraq, 1 barreli 70,11 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,87% artaraq, 1 barreli 67,56 dollar təşkil edib.

“OPEK+”un Texniki Komitəsinin qiymətləndirməsinə görə, pandemiya dövründə anbarlarda toplanmış neft qalığı demək olar ki, tam istifadə edilib və ilin ikinci yarımilliyində xammal ehtiyatları sürətlə azalacaq. Bu fonda analitiklərin gözləntilərinə görə, “OPEK+”un Nazirlər komitəsinin növbəti iclası zamanı iyul ayı üçün planlaşdırılan neft hasilatı artımı təsdiq ediləcək.

“OPEK+”un Texniki Komitəsinin proqnozlarına görə, sentyabrdan dekabradək neftin kommersiya ehtiyatları gündəlik azı 2 milyon barrel templə azalacaq.

Orphus sistemi