Yuxarı

"​Brent" markalı neftin qiyməti 50 dolları keçib

WTI markalı neftin qiyməti isə 45 dollar/barelə çatıb

Bakı. 11 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,09 dollar və ya 2,49% bahalaşaraq 44,96 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 3,70% yaxud 1,8 dollar artaraq 50,41 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi