Yuxarı

​"Brent" markalı neftin qiyməti 36 dollara yaxınlaşıb

Dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,32 dollar, yaxud 7,18% bahalaşaraq 34,62 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,59 dollar və ya 7,82% bahalaşaraq 35,69 dollar/barelə bərabər olub.

"Report"un analitik qrupunun apardığı araşdırma belə bir proqnozla çıxış etməyə əsas verir ki, dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq. Bundan öncə isə qiymətlərin bir daha 30 dollar/bareldən aşağı düşməsi ehtimalı var. Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar/barel, daha sonra isə 45-50 dollar/barelə qədər artacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi