"Brent" markalı neftin qiyməti 30 dolları ötüb

"Brent" markalı neftin qiyməti 30 dolları ötüb Cümə günü səhər neftin qiyməti 6-7%-ə qədər bahalaşıb, Brent markalı neftin bir barelinin qiyməti 30 ABŞ dollarını keçib.
Energetika
20 Mart , 2020 11:44
Brent markalı neftin qiyməti 30 dolları ötüb

Cümə günü səhər neftin qiyməti 6-7%-ə qədər bahalaşıb, "Brent" markalı neftin bir barelinin qiyməti 30 ABŞ dollarını keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 6,01% artaraq bir barel üçün 30,17 ABŞ dollarına çatıb. WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 7,02% artaraq 27,72 ABŞ dolları təşkil edib.

Neft bazarında artım ardıcıl olaraq iki gündür davam edir.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) iştirakçılarının bu il martın 6-da keçirdiyi iclas zamanı hasilatı azaltmaq sazişinin gələcəyi ilə bağlı razılığa gəlinməyib. Belə ki, Səudiyyə Ərəbistanı neft hasilatını daha da azaltmağı, Rusiya isə mövcud səviyyədə saxlamağı təklif edirdi. Razılaşmanın baş tutmaması nəticəsində aprelin 1-dən OPEC+ iştirakçısı bütün ölkələrdə hasilatla bağlı hər cür məhdudiyyətlər aradan qalxır.

Bunun nəticəsində martın 9-da neft 30%-dək ucuzlaşıb. 

Son xəbərlər

Orphus sistemi