Brent markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 69 dolları keçib

Brent markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 69 dolları keçib 2018-ci ildə Brent markalı neftin bir barelinin orta qiyməti 59,74 dollar təşkil edəcək
Energetika
10 Yanvar , 2018 00:44
Brent markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 69 dolları keçib

Bakı. 10 yanvar. REPORT.AZ/ Brent markalı neftin bir barelinin qiyməti 2015-ci ilin may ayından etibarən ilk dəfə 69 dolları keçib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Bu markalı neftin qiyməti ABŞ Energetika Nazirliyinin enerji məlumatının idarə olunması proqnozunun dərcindən sonra bahalaşıb.

Proqnoza əsasən, 2018-ci ildə Brent markalı neftin bir barelinin orta qiyməti 59,74 dollar təşkil edəcək. Bu, ötən ayın proqnozundan 2,48 dollar çoxdur.

Bakı vaxtı ilə saat 23:02-də olan vəziyyətə əsasən, Brent markalı neft qatqısının bir barelinin mart ayı fyuçerslərinin dəyəri 1,76% artaraq 68,97 dollar təşkil edib. Bundan əvvəl Brent markalı neftin bir bareli 69,05 dollar həddinə çatıb. 

"WTI" markalı neftin bir barelinin fevral ayı üçün fyuçerslərinin dəyəri 2,32% artaraq 63,16 dollar təşkil edib. 

Son xəbərlər