Yuxarı

​"Brent" markalı neft ucuzlaşmaqda davam edir

ABŞ neftinin qiyməti isə 41,32 dollar/barelə yüksəlib

Bakı. 21 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,52 dollar və ya 1,28% bahalaşaraq 41,32 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,15% yaxud 0,54 dollar azalaraq 46,62 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 47 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi