“OPEC+”un hasilat məhdudiyyətlərini uzatmaqla bağlı qərarına baxmayaraq, neftin qiymətləri aşağı düşüb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,62 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 78,26 ABŞ dolları təşkil edib ki.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin yanvar fyuçersləri 0,51 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 73,56 ABŞ dolları olub.