Yuxarı

​"Brent" markalı neft 50 dollarlıq psixoloji həddən aşağı düşüb

Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,70 dollar və ya 1,50% ucuzlaşaraq 46,05 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,11% yaxud 1,07 dollar azalaraq 49,61 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi