"​Brent" markalı neft 4% ucuzlaşıb

"​Brent" markalı neft 4% ucuzlaşıb WTI markalı xam neftin bir barelinin qiyməti 48 dollara yaxınlaşıb
Energetika
11 Mart , 2015 09:04
​Brent markalı neft 4% ucuzlaşıb

Bakı. 11 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,54% yaxud 1,71 dollar ucuzlaşaraq 48,29 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 3,79% və ya 2,14 dollar ucuzlaşaraq 56,39 dollara olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı təxmin edilir.

İngilis versiyası Brent crude oil drop by 4%