Yuxarı

"Brent" markalı neft 4%-dən çox ucuzlaşıb

WTI neftinin qiyməti isə 3,1% azalıb

Bakı. 10 may. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiymətində ötən həftənin sonuna nisbətən azalma müşahidə olunub.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyun fyuçersləri 3,11% azalaraq 1 barel üçün 43,27 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında isə "Brent" markalı neftin iyun qiymətləri 4,21% azalaraq 43,46 dollar/barelə enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi