"Brent" markalı neft 3 sent bahalaşıb

"Brent" markalı neft 3 sent bahalaşıb Bu markalı neftin qiyməti 33,39 dollar/barel təşkil edib
Energetika
16 Fevral , 2016 09:27
Brent markalı neft 3 sent bahalaşıb

Bakı. 16 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti ABŞ-da qeyri-iş gününün olması ilə əlaqədar qiymət dəyişməyib və 29,44 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,03 dollar və ya 0,09% bahalaşaraq 33,39 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 33 dollar/barel olacağı gözlənilir.