Bakı. 9 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,29% yaxud 0,14 dollar bahalaşaraq 48,79 ABŞ dolları təşkil edib.
"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 0,37% və ya 0,19 dollar ucuzşaraq 50,96 dollara düşüb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı proqnozlaşdırılır.