Braziliyanın "Petrobras" şirkəti "Gaspetro"nun səhmlərinin 49 faizini Yaponiyanın "Mitsui" şirkətinə satıb

Braziliyanın "Petrobras" şirkəti "Gaspetro"nun səhmlərinin 49 faizini Yaponiyanın "Mitsui" şirkətinə satıb Daha əvvəl "Petrobras" borc yükünü azaltmaq məqsədilə səhmlərini satmaq planını bəyan etmişdi
Energetika
29 Dekabr , 2015 17:52
Braziliyanın Petrobras şirkəti Gaspetronun səhmlərinin 49 faizini Yaponiyanın Mitsui şirkətinə satıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Braziliyanın Dövlət Neft-Qaz Şirkəti olan "Petrobras" törəməsi olan "Petrobras Gas SA" (Gaspetro) qaz şirkətinin səhmlərinin Yaponiyanın "Mitsui" şirkətinə satışını başa çatdırıb.

"Report" "Petrobras"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 500 milyon dollar təşkil edib.

Qeyd edək ki, daha əvvəl "Petrobras" borc yükünü azaltmaq məqsədilə səhmlərini satmaq planını bəyan etmişdi. Şirkət 2015-2016-cı illərdə 15,1 milyard dollarlıq səhmlərindən qurtulmağı düşünür. 2017-2018-ci illərdə isə bu rəqəm 42,6 milyard dollar olacaq.

Son xəbərlər

Orphus sistemi