Prezident: "Braziliya OPEC üzvü olmaq arzusundadır"

Prezident: "Braziliya OPEC üzvü olmaq arzusundadır"
Energetika
30 Oktyabr , 2019 14:55
Prezident: Braziliya OPEC üzvü olmaq arzusundadır

Braziliya hökuməti OPEC üzvü olmaq arzusunda olduqlarını açıqlayıb.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Jair Bolsonaro Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” forumunda çıxışı zamanı bildirib.

O deyib: “Şəxsən mən Braziliyanın OPEC üzvü olacağını düşünürəm.

Dövlət başçısı bu barədə arxayın olduğunu və ölkəsinin OPEC üzvü olan bəzi ölkələrdən daha böyük neft-qaz ehtiyatlarına malik olduğunu söyləyib.

Prezident diqqətə çatdırıb ki, bu gün neft hasilatına görə 12-ci yerdə olan Braziliya qarşıdakı bir neçə il ərzində 6-cı yeri tuta bilər.