Braziliya neft hasilatını 2 dəfə artıracaq

Braziliya neft hasilatını 2 dəfə artıracaq Bununla da Braziliyanın iri neft hasilatçısına çevrilməsi gözlənilir
Energetika
27 Oktyabr , 2017 18:14
Braziliya neft hasilatını 2 dəfə artıracaq

Bakı. 27 oktyabr. REPORT.AZ/ Braziliya yaxın 10 il ərzində gündəlik neft hasilatını 5 mln. bareldən də yuxarı həddə qədər artıra bilər. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Braziliya Milli neft, qaz, bioyanacaq Agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu ilin avqust ayında Brazliyada neft hasilatı 2,57 mln. barel/gün təşkil edib. Yəni hasilatın yaxın 10 ildə 2 dəfə artması gözlənilir və bununla da Braziliyanın iri neft hasilatçısı ölkəsinə çevrilməsi mümkündür. Brazilya son illərdə iri neft yataqları kəşf etsə də, neft qiymətlərinin düşməsi yataqların işlənib hazırlanmasını təxirə salıb.

Bu gün Braziliyanın ümumi ehtiyatları 12 mlrd. barel olan 8 neft yatağı üzrə hərrac keçirməsi gözlənilir. Hərracda "ExxonMobil", "Royal Dutch Shell" və "Total"ın iştirak edəcəyi bildirilir. "Shell"in icraçı vitse-prezidenti Vael Savan qeyd edib ki, Brazilya neftinin keyfiyyəti dünyanın ən yaxşılarından biridir.

Son xəbərlər

Orphus sistemi