Braziliya Azərbaycandan aviasiya yanacağı tədarükünü bərpa edib
- 19 may, 2022
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 17,652 milyon ABŞ dolları dəyərində 22 min 276 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 63 dəfə, kəmiyyət olaraq – 41 dəfə çoxdur.
Hesabat dövründə Lüksemburqa 7,762 milyon ABŞ dolları dəyərində 10 min 988 ton, Gürcüstana 2,044 milyon ABŞ dolları dəyərində 2 min 599 ton, Rusiyaya 1,932 milyon ABŞ dolları dəyərində 2 min 130 ton, Türkiyəyə 2,446 milyon ABŞ dolları dəyərində 2 min 691 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 895,86 min ABŞ dolları dəyərində 987,73 ton məhsul satıb.
Ötən ilin ilk üç ayının göstəriciləri ilə müqayisədə Gürcüstana ixrac müvafiq olaraq 8,5 dəfə və 5,2 dəfə artıb, Rusiyaya – 267 dəfə və 220 dəfə artıb. Bir il əvvəl Lüksemburq, Türkiyə və BƏƏ-yə tədarük olmayıb.
İki il 6 aylıq fasilənin ardından Braziliya Azərbaycandan aviasiya yanacağı alışını bərpa edib. Bu ölkəyə bu il 2 min ABŞ dolları dəyərində 2,23 ton məhsul göndərilib.