BP Xəzərdə istifadə üçün 14 gəmi alır

BP Xəzərdə istifadə üçün 14 gəmi alır Gəmilər Birləşmiş Ərəb Əmirliyinin "Topaz Energy and Marine" şirkətindən alınacaq
Energetika
3 Mart , 2016 13:43
BP Xəzərdə istifadə üçün 14 gəmi alır

Bakı. 3 mart. REPORT.AZ/ Dubayda (BƏƏ) yerləşən "Topaz Energy and Marine" şirkəti "BP Exploration (Caspian Sea) Ltd." şirkəti ilə müqavilə imzalayıb. "Report" xəbər verir ki, bu barədə "Topaz Energy and Marine" şirkəti məlumat yayıb.

Müqaviləyə görə, Xəzər dənizində istifadə üçün Dubay şirkəti BP-ni 14 gəmi ilə təchiz edəcək.

Müqavilə 5 il müddətinə imzalanıb, lakin bazardakı vəziyyətə görə daha iki il uzadıla bilər. Bu gəmilər Xəzərin Azərbaycan sektorunda yerləşən və BP şirkətinin operatoru olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında və "Şahdəniz" yatağının ikinci mərhələsində istifadə olunacaq.

Müqavilənin dəyəri açıqlanmır, lakin "Reuters" agentliyinin hesablamalarına görə, müqavilənin dəyəri 541 mln. dollar məbləğində ola bilər.

Qeyd edək ki, hazırda "Topaz" şirkətinin Azərbaycanda 21 gəmisi var.

Son xəbərlər

Orphus sistemi