BP-nin Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib

BP-nin Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib İndiyədək bu proqramı ümumilikdə 325 rəhbər işçi və mütəxəssis başa vurub
Energetika
9 Dekabr , 2015 17:37
BP-nin Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün BP Xəzər Mərkəzində Layihələri İdarəetmə Məktəbinin buraxılış tədbiri keçirilib. "Report" xəbər verir ki, 2011-ci ildən fəaliyyət göstərən məktəbin bu il 87 məzunu olub.

Tədbirdə çıxış edən BP-nin istehsal üzrə vitse-prezidenti Pat Draqun deyib ki, son 4 ildə 100-dən artıq təşkilat bu proqram vasitəsilə öz heyətinin layihə idarəetmə bacarıqlarını inkişaf etdirməyə maraq göstərib.

Xatırladaq ki, bu proqramı ümumilikdə 325 rəhbər işçi və mütəxəssis başa vurub.

Qeyd edək ki, BP-nin Layihələrin İdarəetmə Məktəbinin ­buraxılış tədbiri başlanmazdan öncə qonaqlar dekabrın 4-də "Günəş­li" yatağında qəzada həlak olan neftçilərin xatirəsini birdəqiqəli­k sükutla yad ediblər.

Son xəbərlər

Orphus sistemi